“Sabah” geridönüşlər etməyi bacaran komandadır” serbiyalı futbolçu

25.08.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Sabah” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda bu gün İsrailin “Hapoel” (Beer-Şeva” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça saat 20:45-də start veriləcək. “Bayquşlar” ilk görüşdə rəqibinə 1:2 hesabıyla uduzub.

“Futuristlər”in sabiq futbolçusu Filip İvanoviç “Futbolpress.az“a açıqlamasında matçdan gözləntilərini bölüşdü:

“Sabah” geridönüşlər etməyi bacaran komandadır. Klub üçün tarixi fürsət var. İnanıram ki, onlar əsas mərhələyə vəsiqə qazanmaq üçün əllərindən gələnin ən yaxşısını edəcəklər. “Sabah”ın keyfiyyətli heyəti və səviyyəli baş məşqçisi var”.

Özbəkistanın “Soqdiana” klubunda çıxış edən serbiyalı müdafiəçi komandanın legioneri Umarali Rahmonaliyevin də ölkəsində diqqətdə olduğunu dedi:

“Burada “Sabah”ı və Umaralini izləyirlər. Tez-tez onun haqqında materiallar dərc edirlər. O, keyfiyyətli futbolçudur və düşünürəm ki, qısa zamanda güclü klublardan birinə keçə bilər. Bu, sadəcə zaman məsələsidir”.

İvanoviç “Sabah”dakı günlərinə də toxundu:

“Azərbaycanda yaxşı xatirələrim var. Bəzi şeyləri heç vaxt unutmayacağam. Klub uğur əldə edəndə keçmiş dostlarımla danışır, onları təbrik edirəm. 2018-ci ildə bu komandaya qoşulanda heyətdəki ilk legionerlərdən idim. “Sabah”da unudulmaz anlar yaşamışam”.

İvanoviç 2018-2021-ci illərdə “bayquşlar”ın formasını geyinib. O, “futuristlər”lə 59 oyunda meydana çıxıb və 2 qol vurub.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью