Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
28-ci turda “Sumqayıt”ın qonağı olan “Sabah” heç-heçəyə razılaşdı.
Paytaxt klubu 28 turun 15-də heç-heçə etməklə ölkə çempionatının yeni rekordunu müəyyənləşdirdi. Bu heç-heçələrin 9-u baş məşqçi postunda Krunoslav Renduliçi əvəzləyən Vasili Berezutskinin payına düşür.
Bu qədər heç-heçələ ilə komandanın çempionat yolu ilə avrokuboklara vəsiqə qazanması nə dərəcədə realdı? Azər Məmmədovun açıqlaması:
“İlk iki dövrədən sonra bu komandanın ilk “4-lük”də olacağını düşünürdüm, görünür, yanılmışam. Komandanın hələ də şansı qalsa da, 15 heç-heçə 30 xal itkisi deməkdi. “Sabah”ın çempionat yolu ilə avrokuboklara qatılmaq şansı çox aşağıdı”.
MÜZƏFFƏR QULUZADƏ