Sabah güclü külək əsəcək XƏBƏRDARLIQ

20.05.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Mayın 21-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Ölkə.az-a verilən məlumata görə, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Qazax, Samux, Ağstafa, Göyçay, Zaqatala, Şəki, Qax, Balakən, Oğuz, İsmayıllı, Şirvan, Şamaxı, Ağsu, Qəbələ, Saatlı, Sabirabad, Ağdaş, Ucar, İmişli, Kürdəmir, Neftçala, Salyan, Hacıqabul, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlıda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Qobustanda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью