Sabah güclü külək əsəcək Xəbərdarlıq edildi

23.11.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Modern.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızıda narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Neftçala, Şirvan, Naftalan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Mingəçevir, Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью