Sabah günün birinci yarısında Abşeron yarımadasında yağış yağacaq

17.11.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycanda noyabrın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, səhər cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun gecə 10-14, gündüz 16-19 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 770 millimetr civə sütunundan 768 millimetr civə sütununa enəcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-12, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacağı bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью