Sabah hansı bürc üçün uğurlu olacaq?

04.11.2024

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

News24.az 5 noyabr üçün olan qoroskopu təqdim edir:

QOÇ - Sevinməyə dəyər. Çünki astroloji göstəricilər ötən 5 gündə yarımçıq qalan hansısa planınızın reallığa yaxın olacağını bildirir. Deməli, əzmkarlığınızı artırmaqla buna nail olmalısınız.

BUĞA - Əsas vaxtınızı münasibətlər zəminində qurun. Dostluq-yoldaşlıq istiqamətində, ələlxüsus da büdcə məsələlərində sevindirici anlarınız olacaq. Bu gün uzaq səfərə çıxmaq olmaz.

ƏKİZLƏR - Bu zaman kəsiyində hər hansı bir mübahisə və ya münaqişəyə həvəs göstərməyiniz yalnız zərərinizə olacaq. Belə bir mənzərə yaransa, müəyyən ünvanlara qonaq getməyə dəyər.

XƏRÇƏNG - Olduqca riskli gündür. Odur ki, istənilən addımı atmazdan qabaq mütləq mövcud reallığı  nəzərə almalısınız. Nəticənin uğurlu olmasını istəyirsinizsə, təcrübəli adamlardan yararlanın.

ŞİR - Son vaxtlar işlə bağlı passivliyə mübtəla olmağınız sizi yormaqdadır. Bu gün də belə bir şey gözlənildiyindən vaxtınızı əyləncələrə həsr edin. Sevgidə kobudluğa yol verməyin.

QIZ - Çoxsaylı görüşlərdə  iştirakınızdan xəbər verən Göy qübbəsi maraqlı təkliflər alacağınızı da bəyan edir. Yeni işlərə başlamaq və ya bu barədə fikir mübadiləsi aparmaq üçün yaxşı vaxtdır.

TƏRƏZİ - Astroloji göstəricilər həmkarlarınızla münasibətdə təmkinli olmağı tövsiyə  edir. Bunu bacarsanız, ciddi probleminiz olmayacaq. Çimərliyə  getmək, təbiət qoynunda dincəlmək sizə zövq verə bilər.

ƏQRƏB - Kifayət qədər məhsuldar gündür. Emosionallığınızı soyuqqanlılıqla əvəz edə bilsəniz, bir çox sahələrdə uğurlarınız olacaq. Şəxsi işlərinizdə  əsaslı dönüş də mümkündür.

OXATAN - Sizə borclu olanlardan, eləcə də məvacib prosesində gecikən pullarınızı əldə etməyə çalışın. Əks təqdirdə buna bir həftə nail ola bilməyəcəksiniz. Yerli-yersiz özünüzü tərifləməyin.

OĞLAQ - Hər şeydən öncə sağlamlığınıza fikir verməlisiniz. Ağır fiziki işlərdən, hündürlüyə çıxmaqdan ehtiyatlanmalısınız. Qərar qəbul edərkən müsahib rəyini mütləq nəzərə alın.

Dolça - Yeni əlaqələrə başlamaq, fəaliyyət zəminində  dönüş yaratmaq üçün sərfəli tarixdir. Bu istiqamətdə  xərcə düşməkdən qorxmayın. Çünki müdafiənizdə  duran ulduzlar sizi qoruyacaq.

BALIQLAR - Qarşınızda perspektivli və yorucu işlər durur. Ulduzlara inansaq, ötən bir həftədə yol verdiyiniz səhvləri düzəltmək imkanı qazanacaqsınız. Etibarsız adamlardan uzaq olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью