Sabah Hapoel oyununda üçüncü qol vurulub YENİLƏNİB 5

25.08.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 avqust, AZƏRTAC

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda üçüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 61-ci dəqiqəsində "Hapoel" komandası önə keçib. Qay Mizrahi fərqlənib - 2:1.

21:54

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün ilk yarısından sonra hesab bərabərdir - 1:1.

21:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda ilk hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün fəsiləsinə qollu heç-heçə ilə yollanıb - 1:1.

Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub.

21:31

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 38-ci dəqiqəsində Bakı klubunun heyətində Kristian Nvaçukvu diqqət mərkəzinə düşüb - 1:1.

Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub.

21:03

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 10-cu dəqiqəsində rəqibin heyətində İqor Zlatanoviç fərqlənib - 1:0.

Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub.

20:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları arasında cavab oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:45-də start götürüb.

Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub.

Müxbir – Cavid Əliyev

Fotoqraf – Azər İbrahimov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью