Sabah hava belə olacaq

06.01.2025

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanvarın 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata əsasən, Bakıda və  Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə havanın arabir yağıntılı olacağı ehtimalı var. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətə yağıntının intensivləşəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət  isə 65-75 % olacaq.  

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12 ° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью