Sabah hava bir az sərin olacaq

22.07.2025

Icma.az, Lent az saytına istinadən bildirir.

Növbəti iki gün üçün gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Abşeron yarımadasında uzun müddət davam edən durğun isti-diskomfort hava şəraitini şərtləndirən yüksək temperatur və cənub-şərq küləyi iyulun 23-24-də mülayim xəzri küləyi ilə əvəz olunacaq.

Bu da, havada nisbi rütubətin bir qədər azalmasına səbəb olmaqla, istinin təsirini nisbətən mülayimləşdirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью