Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycanda oktyabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 14-17, gündüz 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı bildirilir.