Sabah hava əsasən yağmursuz olacaq

12.10.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycanda oktyabrın 13-nə gözlənilən hava şəraiti açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20, gündüz 22-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 763 milimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər şərq rayonlarında, axşama doğru isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-18, gündüz 23-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı ehtimal edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью