Medicina saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda noyabrın 29-u hava şəraitinin arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə leysan olacağı gözlənilir.Medicina.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək.
Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 80-85 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.
Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq.