Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avqustun 17-də gözlənilən hava şəraiti açıqlanıb.Bakupost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin 16-dan 17-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.Havanın temperaturu gecə 21-24, gündüz 27-31 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, axşama doğru tədricən kəsiləcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacağı ehtimalı var.
Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 19-23, gündüz 28-33, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.