Sabah hava necə olacaq? KONKRET

28.12.2024

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Dekabrın 29-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.aza verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarında yağıntılar kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-11° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2°şaxtadan 3°-dək isti olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью