Sabah hava necə olacaq? PROQNOZ | Icma.az
Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda noyabrın 29-u hava şəraitinin arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə leysan olacağı gözlənilir.
Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 80-85 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.
Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir.
Tam oxu
Xəbəri oxu