Sabah hava yağmursuz keçəcək

10.09.2026

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sentyabrın 11-nə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gcə 70-75 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью