Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda yanvarın 22-də hava yağmursuz olacaq.Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 80-85 %, gündüz 55-65 % təşkil edəcək.Gecə və səhər yollar buz bağlayacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 17-22 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacaq.Yollar buz bağlayacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.