Sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir Proqnoz

04.06.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 5 iyun, AZƏRTAC

Milli Hidrometeorologiya Xidməti iyunun 5-də gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Gecə 15-18°, gündüz 24-29° olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65 %, gündüz 45-50 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Gecə 15-19°, gündüz 27-32°, dağlarda gecə 7-12°, gündüz 15-19°, bəzi yerlərdə 21-25° olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью