Sabah havanın temperaturu 21 dərəcəyə yüksələcək PROQNOZ

18.11.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycanda noyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11°, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 753 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 faiz, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8°, gündüz 15-20° isti, dağlarda 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью