Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan çempionu “Sabah”ın transfer etmək istədiyi Həmzə Çoudrinin paytaxt klubuna mümkün keçidi ilə bağlı son durum müəyyənləşib.
Fanat.Az-ın məlumatına görə, bir neçə gün əvvəl tərəflər arasında razılığın əldə olunacağı və transferin reallaşacağı yüksək ehtimalla qiymətləndirilsə də, son vəziyyət fərqli mənzərə ortaya qoyur.
Aparılan danışıqlarda ciddi fikir ayrılıqları yaranıb və proses faktiki olaraq dayanıb. Bu səbəbdən İngiltərə futbolunun yetirməsi olan təcrübəli yarımmüdafiəçinin “Sabah”a transfer olunmaq ehtimalı kəskin şəkildə azalıb.
Hazırda keçidin baş tutacağına inam olduqca zəif qiymətləndirilir və tərəflər arasında razılaşmanın əldə olunacağı real görünmür.
Kamil Xudiyev