Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Azərbaycan kubokunda 1/2 finalın daha bir cavab matçı keçirilir.
QOL.az xəbər verir ki, bununla da ikinci finalçının adı məlum olacaq.
"Sabah" öz meydanında "Qarabağ"la qarşılaşır. Komandalar arasında keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatıb. Bu matçı kubokun erkən finalı da adlandırmaq olar.
Onu da qeyd edək ki, ötən mövsüm Azərbaycan kubokunun finalında da bu komandalar üz-üzə gəlib və "Sabah" 3:2 hesablı qələbə qazanaraq turnirin qalibi olub.
Finala yüksələn komanda həlledici oyunda "Zirə" ilə qarşılaşacaq.
22 aprel (çərşənbə)
Azərbaycan kuboku, 1/2 finalın cavab matçı
20:00.“Sabah” - “Qarabağ” - 1:1 (İkinci hissə)
Qol: Kamilo Duran, 59 (0:1), Velko Simiç, 78 (1:1)
“Bank Respublika Arena”
İlk oyun - 2:2
21 aprel (çərşənbə axşamı)
“Zirə” - “Turan Tovuz” - 0:0
İlk oyun - 2:0