Sabah heyətini özbəkistanlı futbolçu ilə gücləndirməyə hazırlaşır

27.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Sabah" heyətini özbəkistanlı yarımmüdafiəçi Umarali Rahmonaliyevlə gücləndirməyə hazırlaşır.

Oxu.Az "Sport-Ekspress" nəşrinə istinadən xəbər verir ki, Elvin Camalovun "Neftçi"yə keçidindən sonra dayaq yarımmüdafiəçisi axtarışına başlayan paytaxt təmsilçisi "Rubin"də çıxış edən Rahmonaliyevlə bu boşluğu dolduracaq.

21 yaşlı oyunçu Rusiya klubundan birillik icarəyə götürüləcək.

"Rubin"lə müqaviləsi gələn ilin yayına qədər olan Umarali Rahmonaliyev Rusiya klubunun əsas komandasında 7 oyun keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью