Sabah hücumçusu Pavol Şafranko ilə yollarını ayırıb

28.05.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Sabah" hücumçusu Pavol Şafranko ilə yollarını ayırıb. Klubdan verilən məlumata görə, slovakiyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Pavol 2024-cü ildən "bayquşlar"ın uğurları üçün çalışırdı. O, "Sabah"ın heyətində keçirdiyi 55 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib.

Təcrübəli hücumçu "Sabah"la bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью