“Sabah” hücumda daha keyfiyyətli və yaradıcı oynadı”

14.10.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Sabah” Çempionlar Liqasının II turunda “Slaviya”nı məğlub edib – 2:0.

Azərbaycan millisinin sabiq məşqçisi Şahin Diniyev matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Qələbəni necə şərh edərdiniz? 

– Ümumiyyətlə, “Sabah” yaxşı oynadı, onları təbrik edirəm. Bərabər səviyyəli komandaların dueli oldu. Statistikaya baxanda bəzi fərqlər görünsə də, ümumi planda hər iki komanda eyni idi.

– Sizcə, qalibiyyətin açarı nə oldu?

– Birinci hissədə “Sabah”, ikinci hissədə rəqib yaxşı oynadı. “Slaviya” qoldan sonra üstünlüyü ələ ala bildi. Sadəcə burada bir nüans var. “Sabah” gücünü rasional olaraq bölə bildi, hücumda daha keyfiyyətli, yaradıcı oynadı.

– Matçın taleyini həll edən oyunçu kim idi?

– Belə deyim, məncə, Lepinitsa. Həm hücumların qarşısını almağa, həm dı hücuma çıxmağa kömək etdi. Faydalı iş əmsalı yüksək oldu. Ümumiyyətlə, bu nəticədə hər kəsin əməyi var. “Sabah” layiqli qələbə qazandı və onları təbrik edirəm. İlk tarixi qələbələridir. Ardı gəlsin, inşallah. oynadı.

Şahin Cəfərov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью