Sabah ı hər zaman belə görmək istəyirik Valdas Dambrauskas

08.12.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Sabah"ı hər zaman belə görmək istəyirik" - Valdas Dambrauskas

“Heç bir oyunçu topdan gizlənmədi. Bu cür oynayan "Sabah"ı həmişə görmək istəyirik”.

QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 14-cü turunda “Neftçi” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edərkən deyib.

Mütəxəssis futbolçularının möhtəşəm çıxış etdiyini, davranış və yanaşmalarının çox xoşuna gəldiyini vurğulayıb. O, qələbənin əsas açarının ilk dəqiqələrdən təşəbbüsü ələ almaq istəyi olduğunu bildirib. Dambrauskas "Neftçi"nin fərqli düzülüş və gözlənilməz heyətlə çıxmasına baxmayaraq xüsusilə ikinci hissədə rəqibə topla oynamaq imkanı vermədiklərini qeyd edib. O, komandasının qol fürsətlərini reallaşdıra bilməməsindən narahatlığını da gizlətməyib: 

“Neftçi" fərqli düzülüşdə idi və start heyətində gözləmədiyimiz dəyişikliklər etmişdilər. İkinci hissədə daha yaxşı çıxış edən, topa nəzarəti ələ alan və rəqibə təzyiq göstərən tərəf biz idik. "Neftçi"yə topa çox sahib olmağa imkan vermirdik. Məni məşqçi kimi məyus və narahat edən isə qol epizodlarını dəyərləndirə bilməməyimizdir. Bəzən sonuncu ötürməni verə bilmədik. Çox qol fürsətini qaçırdıq. Daha çox inkişaf etməliyik. Həftəsonu bizi çox çətin səfər və çox çətin rəqib gözləyir. Daha sonra isə "Qarabağ"la önəmli oyuna çıxacağıq". 

Baş məşqçi Aleksey İsayevin zədələnməsinə də münasibət bildirib:

“Əvvəlki zədəsi ilə bağlı olduğunu düşünmürəm. Amma yenə də həkimlərlə danışmaq lazımdır. Hesab edirəm ki, Aleksey bizim üçün önəmli futbolçudur və inkişaf etməkdədir. Meydandakı keyfiyyəti ilə oyunumuza təsir göstərir. Ümid edirəm ki, zədəsi ciddi olmayacaq”.

Dambrauskas "Sabah"ın qış fasiləsinə lider kimi yollanmaq ehtimalı və gələcək planları barədə sualı isə belə cavablandırıb:

“Dəfələrlə demişəm ki, mövsümün sonunda və ya 1-2 aydan sonra nə baş verəcəyini demək çox çətindir. Bizim üçün önəmli olan bərpa məşqini keçmək və növbəti matça hazırlaşmaqdır. Həqiqətən, dekabr-yanvara qədər nələr olacağını deyə bilmərəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью