Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərə Premyer Liqasında çıxış etmiş təcrübəli yarımmüdafiəçi Həmzə Çoudrinin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını “Şeffild Yunayted”də davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Çoudri daha əvvəl “Lester Siti”nin əsas komandasında çıxış edib, həmçinin “Uotford” və “Barton Albion” kimi klublarda icarə əsasında forma geyinib.
Qeyd edək ki, Banqladeş millisinin üzvünün adı bir müddət Azərbaycan çempionu “Sabah”la da ciddi şəkildə hallansa da, tərəflər arasında aparılan danışıqlar nəticə verməmişdi.
Kamil Xudiyev