Sabah iki rayon qazsız qalacaq

21.09.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağdaş və Yevlax rayonlarının bəzi kənd və qəsəbələrində qaz təchizatı dayandırılacaq.

Modern.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 22-ü saat 09:30-dan işlər başa çatanadək Ağdaş rayonunun Ləki qəsəbəsi, Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Dovutlu, Binələr, Güvəkənd, Kotanarx, Cardam, Nehrəxəlil, Pirəyir, Cücük, Yenicə və Əmirarx kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

Bundan əlavə, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 23-ü saat 08:00-dan 25 sentyabr tarixinədək Yevlax şəhərinin bir hissəsinin və rayonun bir sıra kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью