Sabah ilkə imza atdı

07.02.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Sabah" tarixində ilk dəfə Azərbaycan Kubokunun ev oyununda heç-heçə edib. Sport24.az xəbər verir ki, bu, 1/4 finalın "Sumqayıt"la ilk matçında yaşanıb.

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Bu, həm də "Sabah"ın tarixinə evdəki 10-cu kubok görüşü kimi düşüb. Əvvəlki 9 oyunda heç-heçə qeydə alınmamışdı.

Qeyd edək ki, hesabında 3 qələbə olan Bakı klubu 6 dəfə uduzub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью