Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
"Sabah" klubu AFFA-nın Futbolçuların Statusu və Keçidləri Komitəsinin keçmiş qapıçı Yusif İmanovun tələblərini qismən təmin etməsi ilə bağlı qərarına dair açıqlama yayıb.
Sportal.az xəbər verir ki, klub bu qərardan narazı qalıb və fərqli nəticələr əldə etmək niyyətindədir.
Həmin bəyanatla sizi tanış edirik: "Bu gün “Sabah” FK AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin qərarı ilə tanış olmuşdur.
Həmin qərara əsasən, klubun sabiq futbolçusu Yusif İmanovun tələbləri qismən təmin edilmiş, klubun qarşı tələbləri isə təmin olunmamışdır.
Klub hesab edir ki, Komitə bu qərarda bir sıra qanunsuz və heç bir əsası olmayan nəticələrə gəlmişdir.
Birincisi, reqlamentin iş üzrə tərəfin Komitəyə ərizə təqdim etməzdən əvvəl digər tərəfə rəsmi qaydada xəbərdarlıq göndərmək və tələblərin icrası üçün müddət vermək öhdəliyi barədə tələbi formal prosedur deyil, hüquqi baxımdan vacib və məcburi tələbdir.
Bu tələbin yerinə yetirilməməsi futbolçunun iddiasının icraata qəbul edilməsini istisna etməlidir.