Sabah İmişlinin 24 kəndinin qazı KƏSİLƏCƏK

23.04.2025

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İmişli rayonunun 24 yaşayış məntəqəsində sabah qaz olmayacaq.

Modern.az-ın məlumatına görə, "İmişli" QPS-də yeni ölçü qovşağının quraşdırılması, mövcud ölçü qovşağının sökülərək yerinin dəyişdirilməsi və yeni Dş150 mm-lik şam xəttinin quraşdırılması ilə bağlı, aprelin 24-də saat 10:00-dan etibarən, işlər başa çatanadək "Qaz İxrac" İdarəsi tərəfindən “İmişli” QPS-dən qidalanan “İmişli 1” və “İmişli Şəkər Zavodu 1-ci xətt və 2-ci xətt” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan müddətdə İmişli şəhər mərkəzi, 20 kənd, 3 qəsəbənin (18 min 190 abonent), eyni zamanda Saatlı rayonunun Naharlı, Məzrəli kəndlərinin (370 abonent) qaz təchizatında fasilə yaranacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью