Sabah ın 4 futbolçusu Səbail lə matçı kənardan izləyəcək ADLAR

17.04.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının 31-ci turunda "Səbail"i qəbul edəcək "Sabah" oyuna itkilərlə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:

"Ötən tur "Turan Tovuz"la matçda qırmızı vərəqə alan Pavol Şafranko cəzalıdır. Zədəlilərə gəlincə, əməliyyat edilən müdafiəçi  Amin Seydiyevin mövsümü başa vurduğu öncədən bəllidir. Coy-Lens Mikels və Vinsent Till də zədə səbəbindən "Səbail"ə qarşı oynamayacaqlar".

Qeyd edək ki, "Sabah" - "Səbail" matçı aprelin 19-da baş tutacaq. "Bank Respublika Arena"da keçiriləcək görüşün start fiti 17:30-da səsləndiriləcək.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью