Sabah ın 4 legioneri qaşıdakı matçı buraxacaq, Zedadka isə...

20.11.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının (MPL) 12-ci turunda "Şamaxı"nı qəbul edəcək "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas bir neçə futbolçusunun xidmətindən məhrumdur.

Bu barədə Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov məlumat verib:

"Cəzalı oyunçumuz yoxdur. Zinəddin Uld Xaled, Pavol Şafranko, Neqoş Kupusoviç və Boyan Letiçin zədə səbəbindən "Şamaxı"ya qarşı oynamayacaqları dəqiqdir. Akim Zedadkanın meydana çıxıb-çıxmayacağı isə indilik dəqiq bilinmir". 

"Sabah" - "Şamaxı" görüşü noyabrın 23-də "Bank Respublika Arena"da keçiriləcək. Matçın start fiti 15:00-da səsləndiriləcək. 

10 oyuna 21 xal toplayan "Sabah" MPL-in turnir cədvəlinin 3-cü, 11 matça 13 xal yığan "Şamaxı" isə 8-ci pilləsində mövqe tutub.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью