Sabah ın Avropa Liqasındakı mümkün rəqibləri bilindi

01.06.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

QOL.az xəbər verir ki, Masazır təmsilçisi püşkatma zamanı səpələnməmiş komandalar arasında yer alacaq. 

Onların mümkün rəqibləri növbəti klublar ola bilər: “Şaxtyor” (Ukrayna), “Legiya” (Polşa), “Partizan” (Serbiya), “Şerif” (Moldova), ÇFR (Rumıniya), “Hapoel” (İsrail), “Tsele” (Sloveniya), “Spartak” (Slovakiya).

Qeyd edək ki, püşkatma 17 iyun tarixində keçiriləcək, oyunlar isə 10 və 17 iyul tarixlərində baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью