Sabah ın baş məşqçisi: Bizə mümkün rəqiblər arasında ən çətini düşdü

02.09.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

UEFA Gənclər Liqasının 2025/26 mövsümünün püşkü atılıb.

Apasport.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Sabah” ikinci təsnifat mərhələsində Fransanın “Nant” klubu ilə qarşılaşacaq.

Komandanın baş məşqçisi Adino Mustedanaqiç püşkün nəticəsini dəyərləndirib:  

“Bizə mümkün rəqiblər arasında ən çətini düşdü. Fransa futbol məktəbi bütün dünyada yaxşı tanınır. “Nant” Fransanın məşhur akademiyalarından biri hesab edilir, iki il əvvəl Gənclər Liqasının yarımfinalçısı olublar. Buna baxmayaraq, rəqibdən çəkinmirik və Azərbaycan futbolunu ən yaxşı şəkildə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. “Nant”la görüşləri səbirsizliklə gözləyirik. Bu oyunların futbolçularımız üçün böyük bir təcrübə olacağını düşünürəm”.

"Zirə"nin futbolçusu Mozambik millisinə dəvət alıb Asim Xudiyevə UEFA-dan təyinat İslandiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı bəlli olub "Zirə"nin iki futbolçusu milliyə dəvət alıb Rüfət Abbasov: “Sumqayıt” səfərindən bir xalla qayıtmaq pis nəticə deyil"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью