Sabah ın baş məşqçisi həm komandasını, həm Qarabağ ı təriflədi

31.01.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Sabah"ın baş məşqçisi həm komandasını, həm "Qarabağ"ı təriflədi

Misli Premyer Liqasının 18-ci turu çərçivəsində "Sabah" səfərdə "Zirə"nin qonağı olub. Matç "Sabah"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

QOL.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra rəqib üzərində qazanılan qələbəni şərh edib.

Litvalı mütəxəssis futbolçularının performansını və oyuna yanaşmasını yüksək qiymətləndirib. O, planlaşdırdıqları hər şeyi meydanda icra etdiklərini və oyunun taleyini elə birinci hissədə həll etdiklərini bildirib. Dambrauskas rəqibin gücünü də etiraf edərək hesab 2:0 olarkən "Zirə"nin təhlükəli epizodlar yaratdığını, lakin komandasının üstünlüyü qoruduğunu vurğulayıb:

"İkinci hissədə balanslaşdırılmış oyun oldu. Rəqib üzərimizə gəlməyə başladı. Son ötürmələrimizdə çatışmazlıqlar var idi. Artıq bütün bunları unuduruq. Çünki qarşıdan çox çətin həftə gəlir. Üç çətin oyunumuz var".

Baş məşqçi "Qarabağ"ın avrokuboklardakı uğurunun çempionata təsiri barədə suala isə belə cavab verib:

"Mən daha çox öz komandamla məşğulam, belə şeyləri düşünməyə vaxtımız yoxdur. Amma onların Avropadakı performansı çox yaxşıdır, təbrik edirəm. Avropada Azərbaycan adı çəkiləndə ilk növbədə "Qarabağ" yada düşür. Onlar ölkəni çox yaxşı təmsil edirlər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью