Sabah ın Çempionlar Liqası matçı canlı yayımlanacaq

14.07.2026

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Sabah” Uels çempionu TNS ilə səfərdə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, Uels klubu matçın canlı yayımlanması üçün “Sabah”dan yüksək təzminat tələb edirdi. Amma ölkə çempionunun danışıqları müsbət yekunlaşıb. "Bayquşlar" görüşün canlı yayımlanmasına nail olub.

Beləliklə, tərəflər arasında ortaq məxrəcə gəlinib. Ona görə də TNS – “Sabah” görüşü canlı yayımlanacağı dəqiqləşib. Matçı CBC Sport telekanalı yayımlayacaq. Qarşılaşmaya vaxtı ilə 21:30-da start veriləcək. 

Bunu həm CBC Sport, həm də "Sabah" tərəfi təsdiqləyib.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью