Sabah ın cəzalı futbolçusu olmasa da...

24.10.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının 9-cu turunda öz meydanında nominal qonaq qismində "Araz-Naxçıvan"la qarşılaşacaq "Sabah"ın oyuna neçə itki ilə çıxacağı bəllidir.

Bunu Fanat.Az-a açıqlamasında "Bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib.

"Cəzalı futbolçu yoxdur. Zinəddin Uld Xaledin uzun müddətə sıradan çıxdığı bəllidirsə, eyni sözləri çarpaz bağları qopan Pavol Şafranko barədə də deyə bilərik.Digər zədəli isə Boyan Letiçdir".

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Sabah" matçı oktybarın 25-də keçiriləcək. Görüşün start fiti 16:00-da səsləndiriləcək.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью