Sabah ın ÇL üçün iştirak ərizəsi bilindi

02.09.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Sabah"ın UEFA Çempionlar Liqası üçün iştirak ərizəsi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, informasiyanı UEFA-nın rəsmi saytı yayıb.

Oyunçuların 23-ü A, 3-ü isə B siyahısında yer alıb.

Yeni transfer De Keyrosun da iştirak ərizəsinə əlavə olunacağı gözlənilir.

Bakı təmsilçisi sifariş ərizəsinə ümumilikdə 26 oyunçunun adını daxil edib. 

Qapıçılar: Amin Ramazanov, Rauf Əyyubov (B), Stas Pokatilov, Rəvan Mirzəmmədov (B).

Müdafiəçilər: Stiv Solve, Aden Makkarti, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Timoteuş Puxaç, Erivaldo Almeyda, Akim Zedadka.

Yarımmüdafiəçilər: Velko Simiç, Yunes Laçaab, Abdulah Xaybulayev, Umarali Raxmonaliyev, Aleksey İsayev, Kahim Perris, İvan Lepinitsa, Rauf Rüstəmli, Rodriqo Fernandes, Cəfər Muxtarov, Şahin İbrahimov (B).

Hücumçular: Kristian Nvaçukvu, Coy-Lens Mikels, Ksander Severina, Orfe Mbina.

Xatırladaq ki, "Sabah"  Çempionlar Liqasının Liqa mərhələsində “Barselona”, “Borussiya” (Dortmund), “Napoli” və “Slaviya” (Praqa) ilə evdə, “Arsenal”, “Mançester Yunayted”, “Vilyarreal” və “Vikinq”lə isə səfərdə qarşılaşacaq. Azərbaycan çempionu ilk görüşünü sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"ə qarşı keçirəcək.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью