Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqasının 15-ci turu çərçivəsində bu gün "Neftçi"ni qəbul edəcək "Sabah" Bakı derbisinə ciddi itkilərlə çıxacaq.
Bu barədə Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov məlumat verib:
"Cəzalı futbolçu yoxdur. Pavol Şafranko, Zinəddin Uld Xaled, Neqoş Kupusoviç və Boyan Letiç zədə səbəbindən "Neftçi"yə qarşı oynamayacaq. Cesse Sekidikanın meydana çıxıb-çıxmayacağı isə dəqiq bilinmir. Düzdür, İvan Lepinitsanın da müəyyən problemləri var, lakin onun komandaya kömək etmək ehtimalı yüksəkdir".
Qeyd edək ki, "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Neftçi" oyununun start fiti 20:00-da səsləndiriləcək.
Nihat