Sabah ın Finalndiya sınağı

28.07.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Sabah" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq. Sport24.az xəbər verir ki, "bayquşlar" Finlandiyada KuPS-ın qonağı olacaq.

Bu komandalar arasında masazırda keçirilən ilk oyun təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İsraildən olan hakimlər briqadasının idarə edəcəyi oyunun start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.

Qeyd edək ki, "Sabah" Finlandiya klubunu keçəcəyi halda növbəti mərhələdə KuPS "Orhus" (Danimarka) – "Lex" (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan tərəf isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Rəqib "Levski" (Sofiya, Bolqarıstan) – "Universitatya" (Krayova, Rumıniya) duelinin məğlubu olacaq.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu

19:00. KuPS – Sabah
Baş hakim: Qal Leybovitz (İsrail).
Kuopio stadionu.

İlk oyun - 0:1

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью