Sabah ın Fransa klubu ilə keçirəcəyi oyunun təyinatları bəlli olub

16.10.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

UEFA Gənclər Liqasının II təsnifat mərhələsində "Sabah"ın U-19 komandasının Fransada "Nant"a qarşı keçirəcəyi oyunun təyinatları bəlli olub.

Apasport.az xəbər verir ki, turun ilk matçını Maltadan olan hakim idarə edəcək.

FIFA referisi İşmael Barbaraya həmyerliləri Lyuk Portelli və Dunkan Spens kömək göstərəcək. Dördüncü hakim funksiyasını fransalı Remi Landri yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma oktyabrın 22-də, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Cavab görüşü noyabrın 5-də Bakıda baş tutacaq.

Premyer Liqada XI tur "Zəfər turu" adlanacaq Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyun cədvəli Elvin Bədəlov: "Ayxan Abbasova alqış düşür" MPL: X turun oyun cədvəli bəlli olub “Neftçi” ilə ADQ arasında sponsorluq müqaviləsi imzalanıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью