Sabah ın futbolçusu Avropanın tanınmış klubunun hədəfində

13.05.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sabah"ın futbolçusu Aron Maluda karyerasını Avropanın məşhur klubunda davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Seltik" fransalı vingeri transfer etmək istəyir. Bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, Şotlandiya nəhəngi Maluda ilə əlaqə saxlayıb və ona klubun layihəsi barədə məlumat verib. "Seltik"in 20 yaşlı ön xətt oyunçusu üçün Azərbaycan klubu ilə danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, "Sabah" Aron Maludanı 2025-ci ilin sentyabr ayında "Lill"dən transfer edib və daha sonra futbolçunun transfer hüquqlarına yiyələnib.FFransa U-19 millisinin sabiq üzvü Masazır təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью