Sabah ın futbolçusu Cəfər Cəfərzadə U 17 nin düşərgəsindən ayrılıb

05.06.2026

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin heyətində dəyişiklik baş verib. Sport24.az AFFA-ya istinadən xəbər verir ki, "Sabah"ın futbolçusu Cəfər Cəfərzadə səhhətində yaranan narahatlıq səbəbindən düşərgədən ayrılıb.

Onun əvəzinə "Qarabağ"ın oyunçusu Davud Abdullayev heyətə cəlb olunub.

Qeyd edək ki, iyunun 10-dək Qəbələdə hazırlıq keçəcək U-17 ayın 6-da və 9-da Qazaxıstanın müvafiq yaş qrupundan İBARƏT komandası ilə iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью