Sabah ın futbolçusu: Karvan Yevlax a daha çox qol vura bilərdik

26.01.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Oyun çox yaxşı keçdi. Bütün, 100 faizlik gücümüzlə çıxış etdik və daha da çox qol vura bilərdik". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Umarali Raxmonaliyev deyib.
Yarımmüdafiəçi "Karvan-Yevlax"a 4:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XVII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Ümid edirəm ki, şanslarımızı və qollarımızı növbəti oyunlara saxladıq".
Özbəkistanlı oyunçu tribunada ölkəsinin bayrağının olması barədə də danışıb:
"Hər oyunda Özbəkistan bayrağını görmək məndə stimul yaradır. Bu, mənə əlavə güc verir. Özümü burda evimdəki kimi hiss edirəm. Növbəti qarşılaşmada daha çox azarkeş olmağını istərdim. Çünki futbol azarkeşlərlə daha maraqlıdır".
Qeyd edək ki, "Sabah" hazırda 40 xalla Misli Premyer Liqasında vahid liderdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью