Sabah ın futbolçusu məğlubiyyətin səbəbini açıqladı

20.10.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarşılaşmanın müəyyən hissəsi bərabər səviyyədə keçdi".

Redaktor.az xəbər verir ki, bu fikirləri "Sabah"ın futbolçusu Abdulla Xaybullayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində "Borussiya Dortmund"la keçirilən və 1:2 hesabı ilə başa çatan matçdan sonra deyib.

O bildirib ki, yekunda rəqibin təcrübəsi və səviyyəsi özünü göstərib:

"Rəqib güclü idi. Amma onlara qarşı oynamaq mümkün idi. Rəqibin bu qədər güclü olacağını bilirdik. Özümüzə inanırdıq. Düşünürəm ki, qələbə də qazana bilərdik, amma alınmadı".

Futbolçu ölkə çempionatının növbəti turunda "Qarabağ"la keçirəcəkləri oyun barədə də fikirlərini bölüşüb:

"Təbii ki, yorğunluq hiss olunacaq. Bəlkə də müəyyən rotasiyalar olacaq. Hələ vaxta var".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью