Sabah ın futbolçusu Rusiyadakı tunirin ən yaxşısı seçilib

18.05.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Kazan şəhərində keçirilən "East Cup Kazan" beynəlxalq futbol turnirinə yekun vurulub. Sport24.az xəbər verir ki, "Sabah"ın U-10 komandası turnirin həlledici oyununda Rusiyanın "Rubin" (Kazan) komandası ilə qarşılaşıb.

Matç rəqibin 4:3 hesablı qələbəsi ilə nəticələnib. Baş məşqçi Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi "Sabah" turniri ikinci pillədə başa vurub. "Sabah"ın futbolçusu Muronur Əlili yarışın ən yaxşı futbolçusu seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью