Icma.az, Qol.az saytına istinadən bildirir.
Azərbaycanın Avropa Liqasındakı yeganə təmsilçisi "Sabah"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.
QOL.az xəbər verir ki, paytaxt klubu mübarizəyə Avropa Liqasının 1-ci təsnifat mərhələsindən başlayacaq və “Selye” (Sloveniya) ilə qarşılaşacaq. "Sabah" cütün məğlub tərəfi olarsa, yoluna Konfrans Liqasının 2-ci təsnifat mərhələsində davam edəcək.
Konfrans Liqasında bu gün keçirilən püşkatma mərasiminə əsasən, "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün güclüsü "Sabah"ın potensial rəqibi olub.
Qeyd edək ki, "Sabah" "Selye" səddini keçəcəyi halda Avroliqanın 2-ci turunda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.