Sabah ın legioneri də Norveçə aparılacaq

02.11.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

“Sabah” Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda Norveç təmsilçisi “Vikinq”lə səfər oyunu üçün planlarını dəqiqləşdirib.

Sportal.az xəbər verir ki, “bayquşlar” bu gün saat 15:00-da çarter reysi ilə Stavangerə yola düşəcək. 

Zədə səbəbindən "Sabah"ın son oyununu buraxan yarımmüdafiəçi Velko Simiç də komanda ilə birlikdə Norveçə yollanacaq.

Serbiyalı futbolçunun “Vikinq”lə görüşdə iştirak etmək ehtimalı var.  "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas sabah Bakı vaxtı ilə saat 20:30-da mətbuat konfransına çıxacaq. Ardınca yarım saat sonra komandanın son məşqi keçiriləcək.

"Vikinq" - "Sabah" görüşü noyabrın 4-də baş tutacaq və görüşə Bakı vaxtı ilə 00:00-da start veriləcək.
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью