Sabah ın legioneri Slaviya matçı haqda: Tarix yazdıq

15.10.2026

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Sabah"ın yarımmüdafiəçisi İvan Lepinitsa Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda “Slaviya” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib. 

Sportal.az saytına açıqlama verən xorvat futbolçu komandasının növbəti turda "Borussiya"ya(Dortmund) qarşı görüşündən gözləntilərini də açıqlayıb:

"Çətin oyun idi, bilirdik ki, belə olacaq. Rəqiblərimiz çox aqressiv oynadılar, amma biz onlara yaxşı cavab verdik. Oyunu yaxşı idarə etdik və tarix yazdıq, Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəmizi qazandıq. “Borussiya"ya qarşı matça gəldikdə, bizim indi hazırda diqqətimiz "Qəbələ"yə yönəlib. Əvvəlcə Premyer Liqa oyunu gəlir, sonra isə diqqətimizi yenidən Çempionlar Liqasına yönəldəcəyik. Almaniya klubuna qarşı oyuna hazırlaşmaq üçün vaxtımız olacaq".
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью