Sabah ın məşqlərə başlayacağı tarix bilindi Dambrauskas 8 futbolçusuz başlayacaq

08.10.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas milli komandaların seçmə oyunlarına görə yaranan fasilədən istifadə edərək yetirmələrinə istirahət verib. 

Klubun mətbuat sözçüsü Elnur Həmidovun Fanat.Az-a verdiyi məlumata görə, litvalı çalışdırıcı komanda üzvlərinin 4 gün dincəlməsinə şərait yaradıb.

Komanda məşqlərə oktyabrın 10-da başlayacaq. "Bayquşlar" 8-ci turun oyununun hazırlığına natamam heyətlə başlayacaq. Belə ki, paytaxt təmsilçisinin ümumilikdə 8 futbolçusu müxtəlif milli komandalara dəvət olunub. Konkret, 3 futbolçu (Rəhman Daşdəmirov, Anatoli Nuriyev və Abdulla Xaybulayev) Azərbaycanın əsas millisinə, 3-ü (Rəvan Mirzəmmədov, Xəyal Əliyev, Şahin İbrahimov) U-21-ə, 1-i (Stas Pokatilov) Qazaxıstan və daha 1-i (Umarali Raxmonaliyev) Özbəkistan yığmasına yollanıb.

Qeyd edək ki, "Sabah" 7-ci tur çərçivəsində 5 oktyabrda "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəlib. Dambrauskasın baş məşqçisi olduğu komanda növbəti tur çərçivəsində 19 oktyabrda "Zirə"ni qonaq edəcək. Yeddi turda 6 oyun keçirən bakılılar 11 xalla hazırda 5-ci yerdə qərarlaşıblar.

Mirağa 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью